Usamə Bin-Ladenin ələ keçirilməsində Mərkəzi Kəşfiyyat Agentliyinə yardım edən pakistanlı həkim vətənə xəyantdə ittiham edilərək 33 müddətinə həbs cəzasına məhkum edilib. Bu addımın Vaşinqtonla İslamabad arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olacağı ehtimal edilir.
Saxta peyvəd kampaniyası keçirməkdə ittiham edilın Şakil Afridinin keçən ilin may ayında ABŞ-ın xüsusi təyinatlı dəstəsi tərəfindən həyata keçirilən reyd zamanı qətlə yetirilmiş Üsəma Bin-Ladenin Pakistanda yaşadığı şəhərin adını Amerika kəşfiyyatına bildirdiyi guman edilir.
Pakistanın şimal-şərqindəki Peşəvər şəhərinin hökumət rəsmisi Məhəmməd Nasir 33 il həbs cəzasına və 3 min 477 dollar cəriməyə məhkum edilən Şakilin həmin bölgədəki həbsxanada saxlanılacağını bildirib.