Accessibility links

Pakistanda kafirlikdə ittiham olunan xristian qız həbsxanadan çıxarılıb


14 yaşlı Rimşa Məsihin əqli cəhətdən xəstə olduğu müəyyən edilmişdi

Pakistan rəsmiləri kafirlikdə itiham edilən əqli cəhətdən xəstə xristian qızın həbsxanadan buraxıldığını bildirib.

Rimşa Məsih hakimin onun zəmanətlə azadlığa buraxılması haqda qərar çıxarmasından bir gün sonra həbsdən azad edilib. Əqli cəhətdən xəstə qızın həbsi beynəlxalq səviyyədə diqqətə səbəb olmuşdur.

14 yaşlı qız qonşuları onu Quranın səhifələrini yandırmaqda ittiham etməsindən sonra üç həftə Pakistan paytaxtı İslamabad yaxınlığında Ravalpindi şəhərində həbsxanada saxlanılıb.

Şahidlərin bildirdiyinə görə, qız şənbə günü zirehli maşında həbsxanadan çıxarılaraq, vertolyot vasitəsilə naməlum yerə aparılıb. Pakistan rəsmiləri onun ailəsi görüşmək üçün thəlükəsiz yerə aparıldığını bildirib.

Pakistanda kafirlik ittihamı ilə ölüm vəzası nəzərdə tutulur. İslam dini və Məhəmməd Peyğəmbəri təhqir edən hər bir şəxs ölüm cəzası ilə qarşılaşır.

Amnesty International təşkilatı hakimin qızı zaminə buraxması qərarından sonra Rimşa Məsihin yenə də ciddi təhlükə qarşısında olduğunu bidirib. Təşkilat qərarı müsbət qarşılaşasa da, Pakistan hökumətinin kafirlik haqda qanunu təcili olaraq nəzərdən keçirməli olduğunu deyib.

Keçən həftə polis Rimşanın çantasında Quran səhifələri yerləşdirməkdə ittiham olunan müsəlman ruhanini həbs etmşdir.

Rimşa Məsihin yaşadığı məhəllədə xristianların çoxu müsəlmanların qəzəbindən ehtiyat edərək, öz evlərini tərk etmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG