Accessibility links

Pakistanda partlayış nəticəsində 4 tələbə ölüb, 40-dan çox adam yaralanıb


Pakistanın cənub-qərbində rəsmilər universitet avtobusu yaxınlığında bombanın partlaması nəticəsində dörd tələbənin həlak olduğunu, 40 dan çox adamın isə yaralandığını deyib.

Partlayış Əfqanıstan və İranla sərhəddə Bəlucistan vilayətinin paytaxtı, Quetta yaxınlığında baş verib.

Bəlucistan Taliban tərəftarı fraksityalar və siyasi muxtariyyat və bölgənin təbbi sərvətlərindən daha çox pay əldə etmək üçün mübariza aparan Bəluç separatçıları da daxil olmaqla bir neçə fərqli yaraqlı qrupun məskunlaşdığı yerdi.

XS
SM
MD
LG