Accessibility links

Pakistanda partlayış nəticəsində 16 nəfər həlak olub


Pakistanda partlayış nəticəsində 16 nəfər həlak olub
Pakistanda partlayış nəticəsində 16 nəfər həlak olub

Pakistan rəsmiləri şiə müsəlmanların dini mərasimi zamanı baş vermiş bomba partlayış nəticəsində 16 nəfərin öldüyünü bildirir.

Rəsmilərin bildirdiyinə görə, Puncab vilayətinin Rahim Yar Xan rayonunda baş vermiş partlayış zamanı təxminən 20 adam xəsarət alıb.

Hələlik partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Röyter xəbər agentliyi polisə istinadən bombanın insanlar yaxınlaşan zaman işə salındığı haqda məlumat verib.

Hadisə şiələr İmam Hüseynin qırxını qeyd etdiyi zaman baş verib.

Pakistanın 160 milyonluq əhalisinin 20 faizini şiə müsəlmanlar təşkil edir.

XS
SM
MD
LG