Accessibility links

Peşəvər şəhərində intiharçı hücümü 5 nəfərin ölümünə səbəb olub


Pakistan rəsmilərinin bildirdiyinə görə, may ayının 11-i parlament seçkiləri ərəfəsində ölkənin şimal-qərbində yerləşən Peşəvər şəhərində həyata keçirilmiş bomba hücumu beş nəfərin ölümünə səbəb olub.

Polis ölkənin ən məşğul şosse yollarından birində həyata keçirilən partlayış zamanı bir polis maşınının və bir avtobusun xəsarət aldığını bildirib. Məlimatda polis rəisinin hadisə zamanı həmin yerdən keçdiyi, lakin xəsarət almadığı deyilir.

Polis hücumun motosikletdəki intiharçı tərəfindən edildiyini desə də, hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
XS
SM
MD
LG