Accessibility links

Pakistanda polis zabitinə qarşı sui-qəsd cəhdi olub


Pakistanın Bəluçistan vilayətinin polis rəisi təxminən altı nəfərin ölümünə, 46 nəfərinsə yaralanmasına səbəb olan hücumdan sağ qurtarıb.

Rəsmilərin sözlərinə görə general Muştaq Şukera Quettadakı evinə daxil olan zaman intiharçı partlayıcılarla dolu avtomobilini evin qarşısında partladıb.

Azı iki polis zabiti, yarı hərbi qüvvələrin üç əsgəri və yoldan keçən bir nəfər həlak olub.

Sakinlər güclü partlayışın səsinin bütün şəhər boyu eşidildiyini deyib.

Əfqanıstan və İranla sərhəd olan Bəluçistan islamçı yaraqlıların istinadgahı kimi tanınır.
XS
SM
MD
LG