Accessibility links

Pakistanda bomba hücumu nəticəsində yükzək rütbəli polis zabiti həlak olub


Pakistanda onlarla Taliban üzvünü həbs edən yüksək rütbəli polis zabiti Kəraçi şəhərində bomba hücumu nəticəsində həyatını itirib.

Polis rəsmiləri bildirir ki, güclü partlayış Çaudhri Aslam Karaçinin ticarət mərkəzi ərazisində avtomobil güclü partlayış baş verib.

Pakistandakı Taliban qüvvələri hücumun məsuliyyətini öz üzərinə götürüb.

Partlayış nəticəsində daha iki polis izabitinin də həlak olduğu deyilir.

Çaudri Aslam Kəraçidə ən sərt polis zabiti kimi tanınırdı. Onun həyatına əvvəllər dəfələrlə sui-qəsd cəhdi olmuşdu.

Pakistanın Baş naziri Nəvaz Şərif hadisəni pisləyərək, hücumun hüquq-mühafizə orqanları işçilərini yaraqlılarla mübarizədə ruhdan salmayacağını bildirib.
XS
SM
MD
LG