Accessibility links

Pakistanda təhlükəsizlik konvoyuna edilən bomba hücum zamanı ən azı beş nəfər ölüb


Pakistanın cənub-qərbində parlament konvoyunu hədəfə alan intiharçı bomba hücumu ən azı beş nəfərin ölümünə, təxminən 20 nəfərin yaralanmasına səbəb olub.

Bəlucistan vilayətinin polis rəsmisinin verdiyi məlumata görə, paytaxt Kvetta şəhərində baş verən hücum nəticəsində ölənlərin əksəriyyəti mülki əhalidir. Rəsminin bildirdiyinə görə, hal-hazırda onlar intiharçının şəxsiyyətini müəyyən etməyə çalışırlar.

Talibanın pakistanlı qrupu bu hücumun keçirilməsində məsuliyyəti üzərinə götürüb. Onlar iddia edirlər ki, öldürülənlər arasında təhlükəsizlik xidmətinin bir neçə əməkdaşı olub. Militant qrup tez-tez bu cür hücumlar nəticəsində ölənlərin sayının daha artıq olduğunu deyir.

Son zamanları Kvetta şəhərində və onun ətrafında miltantların keçirdiyi hücumların sayı artmaqdadır. Çinin milyardlarla dollar sərmayə yatırdığı Bəlucistan vilayəti regionun iqtisadi dəhlizinin mərkəzi hesab edilir.

Rəsmilər vilayətdə keçirilən hücumların arxasında Hindistanın dayandığını iddia edirlər. Onlar deyirlər ki, bu yolla qonşu dövlət Çin ilə onar iqtisadi münasibətlərə zərər vurmaq istəyir. Rəsmi Dehli bu ittihamə rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG