Bu yaxınlarda, 9 il təxirə salındıqdan sonra Pakistanda altıncı siyahıyaalma kampaniyasına başlanacaq. Bu evsiz-eşiksiz küçə uşaqları da Pakistanda əhalinin altıncı siyahıyaalınmasına daxil olacaq.
Pakistan hökuməti qanuni və ya qanunsuz olmalarından asılı olmayaraq, hər kəsin siyahıya alınmasına təkid edir. Siyahıyaalma komissiyasının sədri Asif Bacva: “Milliyyətindən, statusundan asılı olmayaraq, qanuni ya da qeyri-qanuni xarici olmasından, rəngindən asılı olmayaraq hər kəs siyahıya alınacaq”.
Ölkədə əhalinin siyahıya alınması 19 il sonra, konstitusiyada nəzərdə tutulduğundan 9 il gec aparılacaq. Bu gecikmə ölkədə baş verən hadisələrlə bağlı olub. “Biz 2008-ci ildə keçiriləcək siyahıya alınmaya hazır idik. Lakin bildiyiniz kimi o zaman ölkədəki yanacaq və maliyyə böhranları, inflyasiyanın 24-25 faizə qalxması, eləcə də baş nazir Benəzir Bhuttonun qətlə yetirilməsi, daha sonra, 2009-2010-cu illərdəki daşqınlar səbəbindən təxirə salındı" deyə, Asif Bacva bildirir.
İlk dəfədir ki, trangenderlər bu sihayıyaalınmaya salınacaq. Lakin bu siyahıyaalınma ölkədəki linqvistik azlıqlar tərəfindən tənqidlərə məruz qalıb. Ölkədəki 74 dildən sənəddə yanlız 9-nun adı var. Qalan dillər “digər” adı altında gedir.
Ölkədəki 3 milyon əfqan qaçqının siyahıya alınması qərarı ölkədə öz vilayətlərində təcrid olunmaqdan ehtiyat edən rəqib qəbilə qruplarını qəzəbləndirib.
70 gün sürəcək siyahiyalınma kampaniyasına 185 milyon ABŞ dolları xərclənəcək, 200 min hərbi qülluqçunun yadımı ilə 120 min hökumət işçisi kampaniyada iştirak edəcək.