Accessibility links

Pakistanda Charlie Hebdo dərgisinə qarşı etiraz nümayişləri keçirilib


Pakistanın Lahor və Kəraçı şəhərlərində minlərlə insan Məhəmməd Peyğımbərin karikatirasını dərc edən Fransanın Charlie Hebdo satirik dərgisinə qarşı etiraz aksiyaları keçirib.

Nümayişlər "Cəmaate-İslami" siyası islamçı partiya tərəfindən təşkil edilib. Etirazçıların əlində "Küfrü dayandırın" və yanvarın 7-də Parisdə Charlie Hebdo dərgisinin ofisində 12 nəfəri qətlə yetirən qardaşlardan birinin adını çəkərək, "Biz hamımız Şərif Kouçiyik" şüarları olub.

"Cəmaate-İslam" partiyasının başçısı Siracül Haq bunun etirazların başlanğıcı olduğunu deyib. "Fransa üzr istəməyincə və BMT bütün peyğəmbərlərə hörmətlə bağlı qanun qəbul etməyincə Pakistanda və bütün müsəlman dümyasında etirazlar davam edəcək" deyə Siracül HJaq bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG