Accessibility links

Çinin Pakistandakı konsulluğuna bomba hücumu olub


Pakistanda ayrı-ayrılıqda həyata keçirilən iki hücum zamanı azı 34 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.

Rəsmilərin dediyinə görə, əyinlərində bomba gödəkçəsi olan 3 silahlı şəxs cənub liman şəhəri Kəraçidəki Çin konsulluğuna hücum edib və orada azı 4 nəfər öldürülüb.

Hücumun məsuliyyətini baş qərargahı ölkənin cənub-şərq bölgəsindəki Bəlucistan vilayətində yerləşən separatçı “Baluc Azadlıq Ordusu” qrupu öz üzərinə götürüb və bomba hücumu həyata keçirən 3 intiharçının şəklini nümayiş etdirib.

Pakistan rəsmiləri hücumçuların avtomobilindən partlayışı maddə və silahlar aşkar edildiyini bildirib.

Kəraçi hücumundan bir neçə saat sonra isə ölkənin şimal-qərb bölgəsindəki Orakzay regionunda güclü bomba hücumu olub ki, orada azı 30 nəfərin öldüyü, 40 nəfərdən çoxunun yaralandığı deyilib. Yerli rəsmilər və şahidlərin dediyinə görə, qurbanların sayı daha çox olacaq.

XS
SM
MD
LG