Pakistan polisinin bildirdiyinə görə, silahlı şəxslər və intiharçının paytaxtda məhkəməyə hücumu zamanı iki hakim və bir neçə vəkil daxil olmaqla 11 nəfər ölüb.
Xəbərdə deyilir ki, İslamabadda həyata keçirilən hücum zamanı yaralanan 25 nəfərin çoxu gənc vəkillər olub. Onlar hücumu "yaxşı koordinasiya edilmiş terror hücumu" adlandırıblar. Bundan əvvəl ölənlərin sayının 35 nəfər olduğu bildirilmişdi.
Vəkil assosiasiyaları məhkəmə zalında həyata keçirilən hücuma etiraz olaraq ölkə boyu etirazlara çağırıb.
Polis məhkəmə zalına azı iki nəfərin qumbara atdığını, silahlı intiharçıların insanları atəşə tutduğunu və bundan sonra isə özlərini partlatdığını deyib. Hücumun məsuliyyətini az tanınan Əhrar ül-Hind yaraqlı qrupu öz üzərinə götürüb.
Bu arada isə Pakistanın şimal-qərbindəki Xeybər vilayətində həyata keçirilən bomba hücumu iki əsgərin ölümünə, dörd əsgərin yaralanmasına səbəb olub.