Accessibility links

Pakistanda küfr etməkdə təqsirləndirilən xristian qızın zaminə buraxılması barədə müraciət rədd edilib


Pakistanlı hakim küfr etməkdə təqsirləndirilən xristian qızın zaminə buraxılması barədə müraciəti rədd edib. Bu ittihama görə ölkədə ölüm cəzası nəzərdə tutulur.

Rimşa Məsih bu ayın əvvəli qəzəblənmiş qonşuların onun İslamabadda yaşadığı evi mühasirəyə alaraq, qızı Quranın vərəqlərini yandlırmaqda günahlandırdıqdan sonra həbs edilib. Bəziləri isə qızın xörək bişirmək üçün kağız yandırdığını deyir.

Rimşa Məsihə qarşı ittiham irəli sürmüş iddiaçının vəkili bu həftənin əvvəli tibbi yoxlamanın 14 yaşlı qızın əqli cəhətdən inkişaf etmədiyi haqda çıxardığı nəticəni şübhə altına alıb. Vəkil Rao Əbdür Rəhimin dediyinə görə, tibbi ekspertiza onun sözlərinə görə, nəticəyə təsir göstərə bilən hökumət deyil, məhkəmə tərəfindən çıxarılmalı idi.

Məsihin vəkili Tahir Navid Çaudri isə Rəhiminin bu iddiasına qarşı çıxaraq, şənbə günü keçiriləcək dinləmələr zamanı qızın zaminə buraxılması barədə hakimin müsbət qərar çıxaracağına ümid etdiyini deyib.

Bu arada İnsan Haqları fəalları Rimşa Məsihin dərhal azad edilməsinə çağırır. Pakistanın nüfuzlu müsəlmanları və ölkə prezidenti də bu işə obyektiv baxılmasına çağırırlar.
XS
SM
MD
LG