Accessibility links

Pakistanla Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.


Pakistan ilə Əfqanıstan sərhədində silahlı toqquşma
Pakistan ilə Əfqanıstan sərhədində silahlı toqquşma

Azı 13 nəfər həyatını itirib,  80-dən çox insan ağır yaralanıb.

Pakistan rəsmilərinin məlumatına görə cümə günü Pakistan-Əfqanıstan sərhədindəki münaqişəli zonada baş verən toqquşmalar nəticəsində azı 13 nəfər həyatını itirib, 80-dən çox insan isə ağır yaralanıb.

Ordu sözçüsü bildirib ki, toqquşma Əfqanıstan silahlı qüvvələrinin ölkənin cənub-qərb sərhədindəki Çəmən qəsəbəsinə atəş açması nəticəsində başlayıb.

Pakistan rəsmiləri həmçinin məlumat verib ki, toqquşma iki ölkə arasında davam edən münaqişəni daha da intensivləşdirib.

Çəmən şəhərinin xəstəxana və təhlükəsizlik rəsmiləri ölənlər arasında qadın və uşaqların da olduğunu qeyd edib.

Genaral-mayor Asif Qafurun sözlərinə görə toqquşma nəticəsində yaralanan mülki vətəndaşlar Pakistan hərbiçiləri tərəfindən müşayiət olunurdu.

General Qafur israr edir ki, əfqan ordusu sərhəd boyu yerləşən Kili Luqman və Kili Cahangir kəndləri arasındakı gediş-gəlişə maneələr yaradırlar.

Əfqan rəsmiləri iddia edir ki, onlar tərəfdəki sərhəd polis işçisi yaralanmaqla yanaşı, mülki şəxs də həyatını itirib.

Minlərlə ziyarətçinin hər iki tərəfə geniş-gəliş üçün istifadə etdiyi Çəmən qəsəbəsi həm də Əfqanıstanın əsas ticarət və tranzit bölgəsidir.

XS
SM
MD
LG