Accessibility links

Pakistan: Əfqanıstanla sərhəddə döyüşdə 50 əfqan əsgər ölüb


Pakistan və Əfqanıstan arasında sərhəddə Şaman keçidi
Pakistan və Əfqanıstan arasında sərhəddə Şaman keçidi

Pakistan keçən həftə Əfqanıstan sərhədində toqquşmalar zamanı Əfqanıstaın təhlükəsizlik qüvvələrinin 50 əsgərinin öldüyünü və çox sayda əsgərin yaralandığını bldlirib.

Vilayətin yarı-hərbi dəstələrinin komandiri, general-mayor Nadim Ancum bu açıqlamaları toqquşmaların baş verdiyi Bəlucistan vilayətinin paytaxtı Quetta şəhərində verib.

Əfqanıstan hökuməti bu iddiaları dərhal təkzib edərək, döyüş zamanı dörd hərbçinin öldüyünü bildirib. Əfqanıstanın bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin iki əsgəri həlak olub, 30-dan çox hərbçi yaralanıb.

General Ancum Əfqanıstan qüvvələrini münaqişəyə təhrik etməkdə ittiham edib. Onun sözlərinə görə, Əfqanıstan təhlükəsizlik qüvvələri Şaman sərhədində Pakistan tərəfdə iki bölünmüş kənddə əhalinin siyahıya alınması kampaniyasını aparan hökumət qrupuna hücum təşkil edib.

Əfqanıstan və Pakistan arasında sərhəd
Əfqanıstan və Pakistan arasında sərhəd

O, Əfqanıstan rəsmilərinin hərbi və diplomatik kanallar vasitəsilə əhalinin siyahıya alınması kampaniyası aparıldığı ilə bağlı məlumatlandırıldığını təkidlə bidirib.

Onun sözlərinə əsasən, sərhəd keçidində Əfqanıstan hərbi qüvvələrinin atəş açması nəticəsində mülki əhali və təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla, 12 pakistanlı ölüb, 40-dan çox adam yaralanıb. General Ancum bildirib ki, Pakistan hərbi qüvvələri hücuma cavab vermək məcburiyyəti qarşısında qalıb.

Pakistan insidentin baş verməsindən sonra Şaman sərhədini bağlayıb.

Əfqanıstanın Pakistanla sərhəddə yerləşən vilayətinin polis rəisi general Əbdül Raziq isə deyib ki, kəndlər sərhədin mübahisəli hissəsində yerləşdiyi üçün onun qüvvələri Pakistan rəsmilərinə əhalinin siyahıya alınması və başqa fəaliyyətlərin aparılmaması barədə xəbərdarlıq verib.

Əfqanıstan və Pakistan arasında 2 min 600 kilometrlik sərhədin bəzi hissələri ilə bağlı mübahisə mövcuddur. Sərhəd 1896-cı ildə Britaniyanın ərazini idarə etdiyi zaman müəyyən edilib.

XS
SM
MD
LG