Accessibility links

Pakistanda daşqınlar nəticəsində mindən çox ölən var


Ölkənin iqlim naziri ölümcül musson mövsümünü “ciddi iqlim fəlakəti” adlandırıb. Belə ki, rəsmilər bazar günü iyun ayının ortalarından bəri Pakistandakı daşqınlar səbəindən ölənlərin sayının mini keçdiyini bildirib.

Şiddətli yağışlar nəticəsində yaranan daşqınlar kəndləri və əkinləri yuyub aparıb. Əsgərlər və xilasedicilər ilişib qalan sakinləri təxliyə edərək təhlükəsiz yardım düşərgələrinə yerləşdirib və minlərlə məcburi köçkün pakistanlını yeməklə təmin edib.

Pakistanın Təbii Fəlakətlərlə Mübarizə İdarəsi bu il musson mövsümünün normaldan daha tez - iyunun ortalarında başlamasından bəri yeni ölüm halları da qeydə alınmaqla, müxtəlif vilayətlərdə ölənlərin sayının 1,061 nəfərə çatdığını bildirib

Pakistanın senatoru və ölkənin iqlim üzrə yüksək səviyyəli rəsmisi Şerri Rəhman Tvitterdə paylaşdığı videoda Pakistanın “on illərin ən ağır iqlim fəlakətlərindən birini" yaşadığını deyib.

“Hazırda biz ekstremal hava şəraitinin orta nöqtəsindəyik. İstilik dalğaları, meşə yanğınları, daşqınlar, əriyən buzlaq gölləri, indi də onilliklərin dəhşətli mussonu qeyri-müəyyənliyə səbəb olub,” Rəhman bildirib.

Görünməmiş musson mövsümü ölkənin dörd vilayətinə təsir göstərib. Yağışların səbəb olduğu daşqınlar milyonlarla insana təsir edib - 300 minə yaxın evi dağıdıb, çox sayda yollar keçilməz hala salınıb və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Hökumət ölkə daxilində xilasetmə və yardım əməliyyatlarında yerli hökumət orqanlarına yardım etmək üçün bölgələrə ordu yerləşdirib. Pakistan ordusu açıqlamasında bildirib ki, ölkənin şimalındakı vadidə ilişib qalan 22 turist təhlükəsiz yerə aparılıb.

Baş Nazir Şabaz Şərif Bəlucistanın Cəfərabad şəhərində daşqın qurbanlarına baş çəkib. O, evlərini itirənlərin hamısını hökumətin evlə təmin edəcəyinə söz verib.

XS
SM
MD
LG