Accessibility links

Pakistanda Fransa əleyhinə etirazlara görə paytaxt İslamabada gedən əsas yollar bağlanıb


Pakistanın təhlükəsizlik qüvvələri bazar ertəsi Fransada Məhəmməd Peyğəmbərin karikaturalarının yenidən nəşr olunmasına etiraz edən minlərlə islamçının şəhərə daxil olmasının qarşısını almaq üçün paytaxt İslamabada gedən əsas magistral yolu ikinci gündür bağlayıb.

Şahidlər və təşkilatçılar ifrat sağçı Pakistan Təhrik-i-Labbayik (TLP) qrupunun təqribən 5000 davamçısının bazar günü qonşu Ravalpindi şəhərində mitinqə başladıqlarını və Fransanın İslamabaddakı səfirliyinə doğru yürüş edəcəklərinə dair söz verdiklərini bildirib.

Mitinq iştirakçıları Fransa əleyhinə şüarlar səsləndirib və Fransa səfirinin qovulmasını tələb edib.

Pakistan rəsmiləri etirazçıların paytaxta daxil olmasına mane olmaq üçün əsas giriş nöqtələrinə minlərlə çevik polisi qüvvəsi və hərbiləşdirilmiş qüvvələr yerləşdirib. Mitinq təşkilatçılarının bir-biri ilə koordinasiya etmələrinə mane olmaq üçün İslamabad və şəhərin ətrafında mobil telefon xidməti dayandırılıb.

Bazar günü axşam şəhərə girmək istəyən etirazçılar yolda qoyulan maneələri götürməyə çalışıb və polis onlara qarçı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Bunun ardınca polislə bazar ertəsi səhərə qədər davam edən qarşıdurmalar zamanı onlarla polis işçisi yaralanıb.

Bir polis zabiti Amerikanın Səsinə işçilərindən birinin “kritik” xəsarət aldığını, nümayişçilərdən bəzilərinin əllərində “uclarına bıçaq bağlanmış dəyənəklər” olduğunu deyib. Ravalpindidəki xəstəxanada mənbələrin bildirdiyinə görə, qarşıdurmalar zamanı bir neçə etirazçı yaralanıb.

Pakistan paytaxtı bazar ertəsi axşam demək olar bloklanmış vəziyyətdə olub. Telekommunikasiya xidmətləri ardıcıl olaraq ikinci gündür dayandırılıb, təhlükəsizlik qüvvələri mitinqi dağıtmağa çalışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG