Accessibility links

Pakistan millət vəkilləri Fransa səfirinin ölkədən qovulmasını müzakirə ediblər


Pakistan parlamenti Fransa səfirinin Fransada İslam əleyhinə karikaturaların nəşrinə görə ölkədən çıxma əmrinin verilib-verilməməsinə dair qərarın müzakirəsinə başlayıb.

Təklif olunan qətnamə Baş nazir İmran Xan hökumətinin radikal islamçı Partiya Təhrik-e-Labaik Pakistan (TLP) liderləri ilə aparılan danışıqlarda ölümlərə səbəb olan ölkə miqyasında Fransa əleyhinə nümayişlərin təsirsiz hala gətirilməsi üçün bir gecəlik danışıqlarda əldə etdiyi razılaşmanın nəticəsidir.

Pakistan Daxili İşlər Naziri Şeyx Rəşid Əhməd anlaşmanın detallarını paylaşarkən TLP ölkədəki etirazlarını dayandırmağa razı olduğunu bildirib.
Şeyx Rəşid Əhməd qruplaşmanın fəallarına qarşı sonuncu şiddətli etiraz aksiyalarında iştirak etdikləri üçün terrorla mübarizə qanunlarına görə qeydə alınan bütün işlərin də geri götürüləcəyini əlavə edib.

Onun sözlərinə görə, hökumət, həmçinin ötən həftə TLP-yə qarşı çıxan qərarından geri çəkilməyə və etiraz aksiyaları zamanı tutulan qruplaşma fəallarının, liderlərinin sərbəst buraxılmasını qəbul edib.

Polisin nümayişləri dağıtmaq cəhdləri şiddətli qarşıdurmalara səbəb olub, dörd polis və altı etirazçı ölüb. Rəsmilər toqquşmalarda əksəriyyəti hüquq-mühafizə orqanları olan 800-dən çox insanın yaralandığını açıqlayıb.
Qətnamədə Fransa səfirinin ölkədən çıxarılması tələb olunur və millət vəkilləri lehinə və ya əleyhinə səs verəcəklər.

Bununla yanaşı, qətnamənin mətnində xarici siyasət məsələləri ilə məşğul olma səlahiyyətinin yalnız Pakistan dövlətində olduğu və “heç bir fərdin, qrupun və ya tərəfin bu kimi mövzularda qanunsuz təzyiq göstərməsinə icazə verilmədiyi” vurğulanıb.

XS
SM
MD
LG