Pakistanın baş naziri İmran Xan mübahisəli Kəşmir bölgəsinin Hindistan sektorunda intiharçı bomba hücumundan sonra Hindistanın hər hansı bir hərbi əməliyyat həyata keçirəcəyi təqdirdə ölkəsinin buna cavab verəcəyini deyib.
Dehli keçən həftə 41 hərbçinin ölümünə səbəb olan terror hücumunda İslamabadı ittiham edir.
Pakistan hücumu qınayaraq, Hindistanı hücumla bağlı təhqiqat aparılmadan ölkəyə qarşı ittiham irəli sürməməsi barədə xəbərdarlıq edib.