Accessibility links

Pakistan bazar ertəsi İran prezidentini qəbul edəcək


İran prezidenti İbrahim Rəisi
İran prezidenti İbrahim Rəisi

Pakistan cümə axşamı İran prezidenti İbrahim Rəisinin aprelin 22-dən başlayaraq, İslamabada üç günlük rəsmi səfər edəcəyini bəyan edib. Qonşu ölkələr bununla bir-birinin ərazisinə misli görünməmiş anti-terror raket zərbələri endirdikdən sonra münasibətləri düzəltməyə çalışır.

Xarici işlər naziri İshaq Dar Pakistanın paytaxtında jurnalistlərə "O gəlir. Biz onlara xoş gəlirsiniz deyirik. Ziyarət aprelin 22-i, 23-ü və 24-ü tarixlərinə planlaşdırılıb. Aydındır ki, biz buna hazırlıq görürük" deyə, bildirib.

Dar İranın İsraillə son hərbi qarşıdurmasının İslamabad və Tehranın Rəisinin səfərini təxirə salmasına səbəb ola biləcəyi fikrini rədd edib.

"Bu səfər hadisə baş verməmişdən, həftələr və aylar əvvəl planlaşdırılıb" - deyə, Dar bildirib.

Bu açıqlama ABŞ da daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatındakı 50-yə yaxın ölkənin nümayəndələrinin həftə sonu İranın İsrailə raket və pilotsuz təyyarə hücumlarını birgə qınamasından bir gün sonraya təsadüf edir.

"Qeyd edirik ki, İranın eskalasiya hücumu İran və onun silahlı tərəfdaşları tərəfindən beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradan təhlükəli və sabitliyi pozan hərəkətlərin sonuncu nümunəsidir", bəyanatda deyilir.

Vaşinqton, Avropa İttifaqı və Böyük Yeddilər qrupu Tehrana qarşı yeni sanksiyaları nəzərdən keçirməyi planlaşdırdıqlarını açıqlayıb.

İranın 350-yə yaxın pilotsuz uçuş aparat və raketlərlə hücumu aprelin 1-də İsrailin İranın Suriyadakı konsulluğuna hücum etdiyi ehtimal edilən hücuma cavab idi. Tehran bildirib ki, zərbə nəticəsində iki iranlı general və İslam İnqilabı Keşikçiləri Korpusunun beş zabiti həlak olub.

Çərşənbə axşamı Dar İslamabadda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan Əl-Səudla birgə keçirilən mətbuat konfransı zamanı Qəzzada dərhal atəşkəsə çağırsalar da, İranı İsrailə hücum etməməyə çağırmaqdan çəkinib.

Pakistan və İran 900 kilometr sərhədi bölüşür. Ölkələr bir-birini militantların öz torpaqlarında sığınmalarına imkan verməməkdə və transsərhəd terror hücumlarının qarşısını almaq üçün kifayət qədər iş görməməkdə ittiham edir.

Yanvar ayında İranın təhlükəsizlik qüvvələri Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətində anti-İran militantlarının olduğunu dedikləri sığınacaqlara raket zərbələri endirib. İslamabad İranın ərazi bütövlüyünü pozmasını pisləyib və cavab olaraq İran ərazisindən fəaliyyət göstərən anti-Pakistan militantlarının bazalarına zərbələr endirib.

Forum

XS
SM
MD
LG