İslam Dövləti qrupu terroçuları Pakistanın cənub-qərbində xristian icmasının dörd üzvünün öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb.
Polis deyib ki, qurbanlar bazar ertəsi səyahət edən zaman silahlı motosikletçilər onların qarşısını kəsərək, atəş açmağa başlayıblar. Bu hadisə Bəluçistan vilayətinin paytaxtı Kvetta şəhərinin yaxınlığında, xristian azlığın yaşadığı qəsəbədə baş verib.
Rəsmilər bildiriblər ki, bir qadın və üç kişidən ibarət ailə dini etiqatlarına görə həfədə alınıblar.
Polis əlavə edib ki, İŞİD militantları bu hücum ərəfəsində Kvetta şəhərində beş müsəlmanın öldürülmsinə görə də məsuliyyət daşıyırlar.