Accessibility links

Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı yaralanıb


Pakistanın keçmiş Baş naziri İmran Xan cümə axşamı İslamabadda davam edən hökumət əleyhinə yürüşə rəhbərlik edərkən sui-qəsd cəhdi zamanı yaralanıb.

Köməkçilərinin bildirdiyinə görə, Xanın sağ ayağına azı bir güllə dəyib. Xəsarət alanlar arasında Xanın yaxın köməkçisi, senator Faysəl Cavid də var.

Xan hücum yerindən təxminən 150 kilometr aralıda, Pəncabın paytaxtı Lahor xəstəxanasına aparılıb. Köməkçisinin bildirdiyinə görə, həkimlər onun vəziyyətinin stabil olduğunu deyib.

Vəzirabad şəhərində baş verən silahlı hücumda keçmiş baş nazir də daxil olmaqla, azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Yayımlanan videolarda silahlı şəxsin etiraz yürüşü zamanı yük maşınının üstündə olan Xana yerdən atəş açdığını görmək olub.

Şahidlərin dediyinə görə, yürüş iştirakçılarından biri avtomat silahından atəş açan şübhəliyə mane olmağa cəhd edərkən yaralanıb. Az sonra hücumda şübhəli bilinən şəxsi həbs edib.

İmran Xan oktyabrın ortalarında keçirilən səsvermədə parlamentin Aşağı Palatası olan Milli Assambleyada səkkiz yerdən yeddisinə namizəd olub və bunu özünün populyarlığına dair "referendum" adlandırıb.

Altı yeri 70 yaşlı siyasətçi, digər iki yeri isə hazırkı Baş nazir Şehbaz Şərif hökumətində əsas koalisiya tərəfdaşı olan Pakistan Xalq Partiyası alıb.

Namizədlər Pakistanda namizədliyini bir neçə yerdə irəli sürə və birdən çox yerdə qalib gələrsə, hansı yeri təslim edəcəklərini özləri seçə bilər.

Bu qələbə Xan və onun Pakistan Təhrik-i-İnsaf Partiyasının (PTI) təxminən 220 milyon əhalisi olan Cənubi Asiya ölkəsində ən populyar siyasi qüvvə olaraq qaldığını göstərib.

Keçmiş kriketçi və populist siyasətçi hakimiyyətdən aprel ayında Şərifin rəhbərlik etdiyi müxalifət alyansı tərəfindən parlamentdə keçirilən etimadsızlıq səsverməsi ilə uzaqlaşdırılıb. Xan ölkə iqtisadiyyatını və xarici siyasətini düzgün idarə etməməkdə günahlandırılıb. O, bu ittihamları rədd edib.

Vəzifədən kənarlaşdırıldıqdan sonra Xan növbədənkənar ümummilli seçkilərin keçirilməsinə nail olmaq üçün on minlərlə tərəfdaşının iştirak etdiyi hökumət əleyhinə onlarla mitinqlərdə çıxış edərək, Şərif hökumətini Pakistanı siyasi və iqtisadi qarışıqlığa sürükləməkdə ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG