Accessibility links

İmran Xanın partiyası keçmiş baş nazirin bədnam həbsxanada saxlanılmasına görə hökuməti tənqid edir


Pakistanın keçmiş baş naziri İmran Xanın partiyasının rəsmiləri və vəkilləri bazar günü korrupsiya ittihamı ilə həbs olunduqdan bir gün sonra hakimiyyətin onlara İmran xana baş çəkməyə icazə verməməsindən şikayət edib.

Şənbə günü İslamabadda federal hakim 70 yaşlı müxalifət liderini saatlar da daxil olmaqla, dövlətin ona verdiyi hədiyyələrini, qanunsuz satmaqda ittiham edərək, üç il həbs cəzasına məhkum edib. Xan ona qarşı irəli sürülən ittihamları rədd edərək, bütün bunların onu siyasətdən uzaqlaşdırmaq üçün edildiyini deyib.

Polis Xanı hökmün onun və vəkillərinin iştirakı olmadan elan edilməsindən bir neçə dəqiqə sonra şərqdəki Lahor şəhərindəki evində nəzarətə götürərək, Pakistanın paytaxtından təxminən 70 kilometr qərbdə yerləşən Attok həbsxanasına aparıb.

Partiyanın hüquqi məsələlər üzrə sözçüsü bazar günü bildirib ki, Xanın vəkillər komandasına onun vəziyyətini öyrənmək, girov buraxılmasına dair mühüm hüquqi sənədləri imzalaması üçün həbsxanada onunla görüşə icazə verilməyib.

Xanın Pakistan "Təhrik-i-İnsaf'" partiyası tərəfindən yayımlanan bəyanatda Naim Hayder Panjuta "Attok həbsxanası vəkillər qrupu, eləcə də yerli əhali üçün "keçilməz" ərazidir" deyib.

Pakistanın hökumət rəsmiləri Xanın vəkilləri ilə görüşə icazə verilməməsi və ölkənin həbsxana sisteminə uyğun olaraq, keçmiş baş nazirin digər müəssisələrdən fərqli, ağır şəraitdə həbsdə saxlanması ilə bağlı iddialara heç bir şərh verməyib.

Apellyasiya məhkəməsi tərəfindən ləğv edilmədiyi təqdirdə, hökm "Təhrik-i-İnsaf" partiyasının rəhbərini beş il müddətinə seçkilərdə iştirak etmək hüququndan məhrum edəcək.

Xanın partiya sədrinin müavini, keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi bazar günü axşam saatlarında video-müraciətində ölkənin keçmiş baş nazirinin bədnam Attok həbsxanasında saxlandığını və ona yemək aparmağa icazə verilmədiyini deyib. Qureşi ətraflı məlumat vermədən "Onun həyatı təhlükədədir" deyə, iddia edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG