Accessibility links

Pakistan parlamenti Şehbaz Şərifi ölkənin yeni baş naziri seçib


Pakistanın yeni baş naziri seçilmiş Şehbaz Şərif
Pakistanın yeni baş naziri seçilmiş Şehbaz Şərif

Pakistan parlamenti hakimiyyətdə olan baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirərək, onun təxminən dörd il mövcud olan koalisiya hökumətinə son qoymasından bir gün sonra bazar ertəsi Şehbaz Şərifi ölkənin yeni baş naziri seçib.

Şərif 342 üzvdən ibarət Milli Assambleyada və ya parlamentin Aşağı Palatasında seçkilərdə qalib gəlmək üçün tələb olunandan iki dəfə artıq, 174 səs toplayıb. Bundan sonra o, prezident səlahiyyətlərini icra edən Sadiq Sancraninin iştirakı mərasimdə and içib.

70 yaşlı Şərif İmran Xanın keçmiş hakim Tehreek-e-Insaf (PTI) Partiyasının millət vəkilləri səsvermə prosesini boykot etdikdən və ABŞ-ı onların devrilməsinin arxasında durmaqda ittiham edərək, parlamenti tərk etdikdən sonra müxalif alyans tərəfindən heç bir maneə olmadan baş nazir seçilib.

Vaşinqton ittihamları rədd edərək, onların “həqiqətə uyğun olmadığını” bəyan edib. Pakistan müxalifəti də ittihamları rədd edib.

69 yaşlı keçmiş kriket idmanı ulduzu olan İmran Xan bazar günü səhər assmbleyanın təxminən 14 saatlıq toplantısından sonra hakimiyyətdən uzaqlaşdırılaraq, Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk baş nazir olub. 1947-ci ildə ölkənin qurulmasından bəri demokratik yolla seçilmiş heç bir baş nazir tam beş illik müddətini başa vura bilməyib.

Xana qarşı dəfələrlə təxirə salınmış etimadsızlıq səsverməsi ölkənin Ali Məhkəməsinin keçən həftə onun etimadsızlıq səsverməsinə mane olduğu və parlamenti buraxdığı zaman konstitusiyaya zidd hərəkət etdiyi barədə qərarından sonra keçirilib.

Çətin vəziyyətdə olan Pakistan lideri səsvermənin qarşısını almasını müdafilə edərək, bunun ABŞ-ın onun ölkəsinin siyasətinə müdaxiləsinin nəticəsi olduğunu iddia edib.

Bazar günü axşam saatlarında Xanın partiyasının on minlərlə tərəfdarı paytaxt İslamabad da daxil olmaqla, Pakistanın böyük şəhərlərində hakimiyyətdən devrilmiş lideri dəstəkləmək üçün küçələrə çıxıb.

İmran Xan onun hakim Pakistan Tehreek-e-İnsaf (PTI) partiyasının 20 millət vəkilinin tərəfi dəyişməsi və əsas koalisiya tərəfdaşlarının müxalifətə qoşulmasından sonra səsvermədən öncə əksəriyyətin dəstədiyini itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG