Accessibility links

Pakistanda etirazçılar magistral yolları bağlayıb


Baş nazir İmran Xanın devrilməsini tələb edən minlərlə etirazçı cümə axşamı Pakistan boyu magistral yolları bağlayıb. Lakin yürüş təşkilatçıların planlaşdırdığı kimi getməyib.

Mühafizəkar `Cəmiat Ülema-i İslam` partiyasının rəhbəri Fəzl-ür-Rəhmanın rəhbərlik etdiyi `Azadi` etiraz marşı oktyabrın 27-də Kəraçı şəhərində başlayıb.

Fəzl-ür-Rəhmanın oktyabrın 31-də paytaxt İslamabada çatan minlərlə tərəfdarı şəhərin əsas magistral yolunda iki həftədir oturaq aksiya keçirib. Çərşənbə günü aksiya iştirakçılarına seçki saxtakarlığı və ölkə iqtisadiyyatının idarəsini bacarmamaq itthamları irəli sürülən İmran Xanın devrilməsi üçün `B Planı`nı həyata keçirmək, ölkəyə yayılaraq, əsas yolları bağlamaq əmri verilib.

Reuters xəbər agentliyi şahidlərin sözlərinə görə bildirib ki, cümə axşamı etirazçılar İslamabadla Əfqanıstanın paytaxtı arasındakı Böyük Magistral Yolu bağlayıb.

`Rəhbərlərimiz bizə bundan sonra nə edəcəyimizi elan etməyincə burada qalacağıq` - deyə, yolu bağlayan yüzlərlə fəaldan biri Müfti Oveys Əziz bildirib.

Yüksək rütbəli bir polis məmuru Reuters-ə oxşar vəziyyətin Cakobabadın Bəlucistanla Puncabı bağlayan Sind şəhərinin yollarında da müşahidə edidlyini bildirib.

Müxalifət hökumətin qeyri-qanuni olduğunu və ölkənin xarici siyasətinin və təhlükəsizliyinin hərbçilər tərəfindən idarə olunduğunu deyir. Hərbçilər isə siyasətə qarışmaq barədəki iddiaları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG