Accessibility links

Pakistanda intiharçı hücumu


Keçən gecə Pakistanın şimal-qərbində keçirilən seçkiqabağı yürüş zamanı həyata keçirilən intihar hücumu vilayət assambleyasına namizəd də daxil olmaqla, azı 14 nəfərin ölümünə, 45 nəfərin yaralanmasına səbəb olub.

Rəsmilərin dediyinə görə, bomba Xeybər-Paxtunxav vilayətinin paytaxtı Peşəvərdə seçkilərə namizəd Harun Bilorun “Avami Milli Partiyası”nı dəstəkləyənlər qarşısında çıxış etmək üçün tribunaya gedən zaman partladılıb.

Pakistanda ölkə və vilayət assambleyalarına seçkilərindən iki həftə əvvəl həyata keçirilən hücumun məsuliyyətini üzərinə götürən omlayıb.

2013-cü ildə keçirilən seçkilər zamanı “Avami Milli Partiyası” Talibanın həyata keçirdiyi hücumların əsas hədəfi olub.

XS
SM
MD
LG