Pakistanın liman şəhəri Kəraçidə xilasedicilər çökərək 2 nəfərın ölməsinə, 8 nəfərin yaralanmasına səbəb olan üçmərtəbəli binanın altından daha çox insanı xilas etməyə çalışır.
Çərşənbə axşamı xilasedicilər binanın dağıntıları altında qalan azı iki nəfəri çıxarmağa cəhd göstərib.
Kəraçidəki binanın gecə saat 3-ə yaxın çökdüyü bildirilib.
Fövqəladə hallar rəsmiləri dağıntılar altında işlərin davam etdiyinı və ölənlərin sayının daha çox ola biləcəyini deyib.
Binanın nə səbəbdən çökdüyü hələlik məlum deyil.