Rəsmilərin bildirdiyinə görə, bazar ertəsi Hindistanın nəzarətindəki Kəşmirdə hərbi qüvvələrlə militantlar arasındakı silahlı qarşıdurma zamanı dörd əsgər və bir mülki vətəndaş həlak olub.
Atışma hərbi qüvvələrin axtarış əməliyyatı zamanı iki silahlı qrupun atəş açmasından sonra baş verib.
Cümə axşamı içərisində partlayıcı maddə olan avtomobilin konvoy dəstəsinin üzərinə sürülərək azı 40 nəfər hərbçinin ölümünə səbəb olan hücumun məsuliyyətini Pakistanda yerləşən İslamçı “Cayeş-i-Məhəmməd” qrupu öz üzərinə götürüb. Bu, son on illərdir zorakılıqların səhnə aldığı bölgədə ən dəhşətli hücum idi.
Hindistan Pakistanı islamçı “Cayeş-i-Məhəmməd” qrupuna ərazisində sığınacaq verməkdə ittiham edərək, İslamabadın onun ərazisində fəaliyyət göztərən terrorçu qrupu dəstəkləməsinə son qoymasını tələb edir.
İslamabad isə cümə axşamı həyata keçirilən terror hücumu ilə əlaqəsi olduğunu inkar edir.