Pakistan kəşfiyyat xidməti işçiləri və hökumət üzvlərinin Əl-Qaidə ilə əlaqədə olduqları barədə irəli sürülən itthamların tam yalan olduğunu və onun terrorizmlə mübarizədə misilsiz iş apardığını deyib. Pakistanın xarici işlər naziri Salman Bəşir Üsama bin Ladenin bazar ertəsi ABŞ qüvvələrinin keçirdiyi əməliyyat zamanı öldürüldükdən sonra bu gün Pakistan hərbi qüvvələrinin və İnter-Servis Kəşfiyyat Agetliyinin işlərini yüksək qiymətləndirmişdir. Cənab Bəşir kəşfiyyat agentliyinin bin Ladenin Abbottabad şəhərində sığınacaq tapdığını bilmədiyi üçün tənqid olunmasını rədd edib. O, deyib ki, 2001-ci il sentyabrın 11-i hadisələri ilə bağlı ABŞ kəşfiyyat agentliklərinin uğursuz fəaliyyət göstərdiklərini demək onun işi deyil. Cənab Bəşir eləcə də ABŞ və Pakistanın bazar ertəsi öldürülən şəxsin bin Laden olduğunu təsdiq etdiklərini deyib.
Pakistan kəşfiyyatçılar və hökumət üzvlərinə qarşı irəli sürülən itthamları rədd edir
- Nərminə Cəlalqızı

Pakistanın xarici işlər naziri Salman Bəşir hərbi qüvvələr və kəşfiyyat agentliyinin işlərini yüksək qiymətləndirib