Accessibility links

İŞİD Pakistanda polis-təlim mərkəzində intiharçı hücumuna görə məsuliyyəti öz üzərinə götürüb


Pakistanın Kvetta şəhərində bir neçə güclü silahlanmış intiharçının polis təlim mərkəzinə hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Hücum zamanı 61 nəfər həlak olub, 120-dən çox insan yaralanıb.

Hücum bazar ertəsi gecə yarısından sonra baş verib. Hücumçular kompleksə daxil olaraq atəş açmağa başlayıb. İçəridə olan bəzi polis işçiləri və başqaları pəncərələrdən pəncərədən atılaraq xilas olub.

Pakistan əsgərləri və kommandos qüvvələrinin binanı mühasirəyə alıb hücumçulara müqavimət göstərmək üçün binaya daxil olmasından əvvəl hücumçular bir neçə nəfəri girov götürüb.

Polis mərkəzinin hücumçulardan təmizlənməsi əməliyyatı bir neçə saat davam edib. Vilayət rəsmiləri bildirib ki, hücumçulardan ikisi özlərini partladıb. Biri isə təhlükəsizlik qüvvələri ilə atışma zamanı güllələnərək öldürülüb.

Pakistanın baş naziri Navaz Şərif hücumu pisləyib.

Pakistan vilayəti və əsasən də Kvetta şəhəri ötən günlərdə intiharçı hücumlarına səhnə olub. Avqust ayında şəhər xəstəxanası qarşısında intiharçının törətdiyi partlayış 70-dən çox insanın ölümünə səbəb olmuşdu.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG