Accessibility links

Son bir neçə həftə ərzində Pakistanda hücumlar vüsət alıb


Pakistanın şərqində baş verən partlayış azı 8 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olub.

Partlayış Lahor şəhərində insanların alış-veriş etdiyi əsas ticarət mərkəzində baş verib. Rəsmilər partlayışın hansı səbəbdən baş verdiyinin məlum olmadığınlı deyib.

Partlayış Pakistanın terror təhlükəsinin aradan qaldırılması üçün genişmiqyaslı əməliyyatlara başlamasından bir gün sonraya təsadüf edib.

Vilayətin səhiyyə naziri Xacə Salman müxbirlərlə görüşü zamanı partlayışda ölənlərdən dördünün cəsədinin tanınmaz vəziyyətdə olduğunu və həkimlərin yaralıların həyatlarını qurtarmaq üçün əllərindən gələni etdiklərini deyib.

Son bir neçə həftə ərzində Pakistanda həyata keçirilən intiharşı və yaraqlı hücumları azı 130 nəfərin ölümü ilə nəticələnib. Bu hücumların çoxunun məsuliyyətini Pakistandakı Taliban və İslam Dövləti öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG