Accessibility links

Pakistanda məsciddəki partlayış nəticəsində onlarla insan ölüb


Pakistanda məsciddəki partlayış nəticəsində onlarla insan ölüb
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Pakistanda məsciddəki partlayış nəticəsində onlarla insan ölüb

Pakistan rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-qərbindəki Peşəvər şəhərində polis məmurları ilə dolu məscidə edilən intiharçı bomba hücumu nəticəsində 61 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Rəsmilər bazar ertəsi günortadan sonra şəhərin yüksək təhlükəsizlik zonasında yerləşən polis binasının yaxınlığındakı məscidə edilən hücumda hədəfin polis olduğunu deyib. Məhəmməd İshaq: "Həmişəki kimi məsciddə namaza hazırlaşırdıq, dəstəmaz aldıq, namaza növbəyə durduğumuz zamanı imam Allahu-Əkbər dedi və hamımız onun təkrar etməyə başlayanda partlayış səsini eşitdim. Partlayışdan sonra heç nə bilmirəm, mən huşumu itirdim".

Pakistanın ordu komandanı və baş nazir "Lady Reading" xəstəxanasında yaralılara baş çəkib. Bazar ertəsi axşam saatlarında hücumun arxasında kimilərin olduğu məlum deyildi.

Pakistanın Hayber Paxtunxva vilayəti Əfqanıstanla həmsərhəddir. "Pakistan Talibanı" kimi tanınan "Təhrik-e Taliban Pakistan" da daxil olmaqla, silahlı qruplaşmalar noyabr ayında Pakistan hökuməti ilə atəşkəs razılığı bitdikdən sonra hücumları intensivləşdirib.

Paytaxtı Peşəvər olan Hayber Paxtunxva vilayətinin qubernatoru Qulam Əli bazar ertəsi təhlükəsizliklə bağlı vəziyyətdən narahatlığını ifadə edib. "Terrorizm yenidən artarsa həm vilayət, həm də federal hökumət həlli yolu üzərində düşünməli, hər ikisi danışıqlar aparıb-aparmamaq üçün bir həll yolu tapmalıdır. Dövlət fəaliyyət istiqaməti barədə qərar verdikdən sonra hökumət bunu həyata keçirəcək."

Qadağan edilmiş Pakistan Talibanının bəzi keçmiş istehkamlarında yenidən dirçəlməsi ictimai etirazlara səbəb olub. Minlərlə sakin hökumətdən sülhü bərpa etməsini tələb edib.

Senator Muştaq Əhməd Xan deyib ki, hökumət daha çox iş görməlidir. "Bu gün dövlətin qarşısında iki tələb qoyuruq: Həyatımız təhlükədədir, həyatımızı qoruyun, azadlığımız təhlükədədir, azadlığımızı qoruyun".

2014-cü ildə "Pakistan Talibanı"nın hərbi məktəbə hücumu zamanı çoxu uşaq olmaqla, 150-dən çox insan həlak olmuş və bu, "Milli Fəaliyyət Planı" adlı geniş antiterror kampaniyasına səbəb olmuşdu.

Təhlükəsizlik üzrə ekspertlərin dediyinə görə, təhlükəsizlik qüvvələrinə qarşı hücumların artması Pakistanın terrorla mübarizə strategiyasına ciddi diqqət yetirilməsini tələb edir. Hayber Paxtunxva polis idarəsinin sabiq rəisi Əkbər Əli Xan: "Burada DAİŞ (İslam Dövləti -Xorasan), burada Əl-Qaidə var, onlar yerli qruplaşmalar deyil. Burada Pakistan Talibanı var. Taliban həm burada, həm də Əfqanıstandadır. Bu, milli məsələdir və bunun ölkə səviyyəsində həllinə ehtiyac var. Həm vilayət, həm də federal hökumət bir həll yolu tapmalıdır."

Cənubi Asiya "Terrorizm Portalı"nın məlumatına görə, 2022-ci ildə Pakistanda 360 terror hadisəsi qeydə alınıb, 973 nəfər həlak olub. Onlardan 180-ni Hayber Paxtunxvada baş verib. Hücumların əksəriyyətini "Təhrik-e Taliban Pakistan" öz üzərinə götürüb.

XS
SM
MD
LG