Accessibility links

Pakistanla Əfqanıstan sərhədində NATO maşın karvanına hücum olub


Taliban İki ölkə arasında sərhəd keçid məntəqəsi açıldıqdan sonra NATO-nun təchizat daşıyan maşın karvanına hücum edəcəyinə söz verib

Pakistanın şimal-qərb bölgəsində rəsmilər silahlı şəxsin NATO-nun təchizatı daşıyan maşınına atəş açaraq sürücünü öldürdüyünü deyib.

Bu günki insident qəbilələrin məskunlaşdığı Xeybər regionunun Camrud ərazisində ötən həftə Pakistanın Əfqanıstanla sərhədində iki keçid məntəqəsini açmasından sonra ikinci belə hücumdur.

Pakistan ötən ay iki ölkə arasında yolu açdıqdan sonra Taliban qrupu NATO-ya aid təchizat maşın karvanına hücumlar həyata keçirəcəyinə söz verib.

İyul ayının 24-də buna bənzər ilk hadisədən sonra Pakistan rəsmiləri təhlükəsizliyə dair narahatlıqlara işarə edərək Torkam sərhəd keçid məntəqəsini müvəqqəti olaraq bağlayıb. Məntəqə avqusutun 4-də yenidən açılıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG