Accessibility links

Pakistanda daha bir intiharçı hücumu


Çərşənbə günü gecə saatlarında Pakistanın polis məntəqəsinə edilən intiharçı hücumu azı 9 nəfərin ölümünə, 20-dən çoxunun yaralanmasına səbəb olub.

Pəncab əyalətinin paytaxtı Lahor şəhəri yaxınlığında həyata keçirilən hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Polis rəsmisi Heydər Əşrəfin dediyinə görə, intiharçı bombanı şəhərin Rayvind məhəlləsindəki məsciddə, çox sayda insanın toplaşdığı dini mərasim zamanı partlatmağı nəzərdə tutub. Adətən hər il keçirilən bu yığıncaq zamanı güclü təhlükəsilik tədbirləri görülür.

Mərasim “Təblehi Cəmaət” kimi tanınan İslam təşkilatı tərəfindən təşkil edilmişdi.

“Təblehi Cəmaət” müsəlmanların Məhəmməd Peyğəmbərin həyatının təqlid edilməsinə çağıran və İslam haqqında izdivacların dünya boyu təbliğ edilməsini tələb edən təşkilatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG