Accessibility links

Puncab vilayətindəki məbəddə 20 nəfər öldürüb


Pakistanın Puncab vilayətindəki yerli məbədin mühafizəçisi və onun yardımçıları 20 nəfəri öldürüb. Polis bunu təriqət ritualı adandırır.

Polis zabiri Məhəmməd Bilal deyib ki, Sarqoda şəhəri yaxınlığındakı insanları dəyənək və bəçaqla qətlə yetirən kənd sakini və digər 4 nəfər nəzarət altına alınıb. 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxana həkimi Geo TV kanalına bildirib ki, paltarsız olan qurbanların bədənlərində bıçaq və küt alət izləri var.

Əbdül Vahid adlı mühafiəçinin sabiq hökumət işçisi olub. Onun əqli problemlərə malik olduğu deyilir.

O, insanları paka çıxarmaq üçün işgəncələrə məruz qoyub.

Məbəd yerli ruhani lider Əli Məhəmməd Quccarın şərəfinə iki il ölnə tikilib. Vahid həftədə iki dəfə bu məbədi ziyarət, insanları işgəncələrə məcbur edirdi.

Polis qurbanların paltarlarının yandırılmış qalıqlarını məbədə bitişik evdə aşkar edib.

XS
SM
MD
LG