Accessibility links

Pakistan həbsxanalarında yaşayan uşaqlar


Pakistan həbsxanalarında yaşayan uşaqlar
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Pakistan həbsxanalarında yaşayan uşaqlar

Məhbus qadınlar bəzən azyaşlı uşaqlarını uzun illər yanlarında saxlamalı olurlar

Pakistan həbsxanasındakı qadınlar azyaşlı uşaqlarını bəzən uzun illər yanlarında saxlamalı olurlar. Təhlilçilər bunun uşaqların müdafiəsi üçün yaxşı hal olduğunu, lakin onların həyatlarında sağalmayan iz də buraxa biləcəyini deyirlər.

Pakistan həbsxanalarında yaşayan uşaqlar
please wait

No media source currently available

0:00 0:02:26 0:00


Mohibin 5 yaşı var və həyatının yarısını həbsxanada keçirib. Onun qətl ittihamı ilə həbsdə olan anası oğullarını həbsxanaya iki il yarım bundan əvvəl gətirib.

Səhər Bibi oğullarının azadlıqda yaşamalarını istədiyinə baxmayaraq, onlara baxan olmadığını deyir. Səhər onların həbsxanada olduqlarının yaxşı hal olmadığını, uşaqların ətrafda dolaşmaq, parklarda gəzmək, məktəbə getmək istədiklərini deyir.

Çox zaman məhbus analar hökumətin uşaqların himayəsi proqramına etibar etmirlər.
Pakistanın İnsan Haqları Nazirliyindən Məhəmməd Həsən Mangi nəticələrin uşaqların əzab çəkməsinə səbəb olduğunu deyir. “Uzun müddət həbsxanada qalmanın uşaqların psixoloji və social həyatlarına mənfi təsir göstərdiyini düşünürük. Çünki onların əqli inkişafı üçün həbsxanada lazımi qayğı göstərilmir.”

“Ana və uşaq” proqramı analara şəfqət mahiyyətli bir təşkilatdır. Proqrama əsasən uşaq beş yaşa çatanda həbsxananı tərk etməlidir. Lakin Muskan adlı uşağın 7 yaşı var və artıq 2 il yarımdır buradadır.

İnsan oğurluğunda günahkar bilinərək, həbs edilən Muskanın anası Yasəmən qızının onunla həbsxanada olmasının daha yaxşı olduğunu deyir. “Burada azadlıqdan daha təhlükəsizik."

İnsan haqları üzrə vəkil Anis Cillani bunu belə izah edir. “Onlar qızlarını ataları ilə birgə ona görə qoymaq istəmirlər ki, ataları onları kiçik yaşlarında ərə verə, hətta sata bilər.”

İnsan haqları Nazirliyi tərəfindən ölkənin beş həbsxanasında aparılan araşdırmalar 68 uşağın anaları ilə birgə həbsxanada yaşadığını göstərib. Lakin oradan çıxandan sonra onların talelərinın necə olacağı bəlli deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG