Pakistan hakimiyyəti 10 yaşlı qızın oğurlanaraq zorlanıb qətlə yetirilməsindən sonra üç şübhəlini saxlayıb, dörd polis əməkdaşına qarşı səhlənkarlıq üzrə cinayət işi açıb.
Hadisə Pakistanda küçə etirazlarına səbəb olub. Bu ölkədə uşaqlara qarşı cinayətlər tez-tez baş verir, adətən, cəzasız qalır.
Fariştənin cəsədi paytaxt İslamabadın kənarından itkin düşəndən dörd gün sonra tapılıb. Qız mayın 15-də itib.
Qızın atası Qulam Nabi iddia edir ki, polis əməkdaşları onun itkin qızını axtarmayıblar, özü ilə də pis davranıblar.
Qızın ailəsi Pakistanın şimal-qərbi pəştun icmasındandır.
Əsasən pəştunlar olmaqla, yüzlərlə adam paytaxtda “polis səhlənkarlığı”na etiraz edib.
Oktyabrda 7 yaşlı Zeynəb Ansari adlı qız da daxil olmaqla, 8 uşağı öldürməkdə təqsirli bilinən bir kişi edam edilib.
2018-ci ildə uşaqlara qarşı 3 min 832 zorakılıq halı qeydə alınıb. Bunu Sahil qeyri-hökumət təşkilatı bildirir.