Accessibility links

Pakistanda silsilə bomba hücumları


Pakistanın Kuetta şəhərində avtomobilə yerləşdirilmiş bombanın partlaması azı 11 nəfərin ölümünə, 20 nəfərə qədərinin yaralanmasına səbəb olub.

Yerli polisin pildirdiyinə görə, partlayıcı maddə yerləşdirilmiş avtomobil bu gün səhər saatlarında vilayətin polis rəisinin ofisi yaxınlığında uzaqdan idarə edilərək partladılıb.

Kəşfiyyat mənbələrinə istinadən partlayış zamanı silahlı qüvvələrin 4 üzvünün yaralandığı bildirilib.

Hücumun məsuliyyətini üzərinə götürən olmasa da, vilayət hökuməti partlayışın qonşu Hindistan tərəfindən törədildiyini deyib.

Bəlucistan vilayətinin paytaxtı Kuetta uzun illərdir separatşı yaraqlıların nəzarətindədir. Son bir neçə ildir yerli şiələrə qarşı da hücumlar həyata keçirilir.

Bu arada, ölkənin şimal-qərb bölgəsində biri-birinin ardınca iki hücum 25 nəfərin ölümü, 100-dən çox adamın yaralanması ilə nəticələnib.

Hücumlardan birincisi Paraçinar şəhərinin izdihamlı bazarında baş verib. Bir neçə saniyə fərqlə digər daha güclü hücum törədilib.

Qanunvericilər ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq verib. 30-dan çox adamın vəziyyəti ağırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG