Pakistanın cənub-qərbindəki rəsmilərin bazar ertəsi bildirdiyinə görə, polis maşınını hədəf alan bomba partlayışı azı 4 nəfərin ölümünə, 15 nəfər yaralanmasına səbəb olub.
Partlayış Bəlucistan vilayətinin Qvetta şəhərinin mərkəzində hərəkətli yolda baş verib. Ölənlər arasında iki polis əməkdaşı və iki mülki vətəndaş olub. Xəstəxana rəsmiləri ölənlərin sayının arta biləcəyini guman edir.
Şəhərin baş xəstəxanasının sözçüsü Vasim Bayiq Amerikanın Səsinə telefonla ölənlər barədə məlumatı təsdiqləyib və yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğunu deyib.
Vilayət polisinin yüksək rütbəli zabiti yerli mediaya deyib ki, partlayıcı qurğu motosikletə yerləşdirilib.
Pakistanın baş naziri Şehbaz Şərifin ofisi onun partlayışı terror aktı kimi qiymətləndirdiyini və qınadığını bildirib.
Bomba hücumuna görə məsuliyyəti qadağan olunmuş "Bəlucistan" və ya "Bəluc Azadlıq Ordusu" öz üzərinə götürüb. Pakistan, ABŞ və Britaniya təşkilatı qlobal terror təşkilatı kimi tanıyıb. Bəluc üsyançıları müntəzəm olaraq Bəlucistanda təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil edir. Qeyri-qanuni Pakistan Talibanı və İslam Dövləti ilə əlaqəsi olan militantlar da bu bölgədə fəaldır.
Bazar ertəsi hücumu rəsmilərin Bəluc separatçılarının liderinin həbs edildiyini elan etməsindən bir neçə gün sonra baş verib.
Cümə günü hərbi bəyanatda onun Şambay kimi tanınan liderin Gülzar İmam olduğu bildirilib. Onun həbsi təbii sərvətlərlə zəngin vilayətdəki Bəluc qiyamına "ciddi zərbə" olduğu bildirilib.
İmam 2022-ci ilin əvvəlində qurduğu qadağan edilmiş "Bəluc Millətçi Ordusu"na rəhbərlik edib və Bəlucistanda fəaliyyət göstərən digər üsyançı qruplarla sıx əlaqə saxlayıb.