Accessibility links

Pakistan rəhbərliyi bin Laden haqda nə bilirdi?


Pakistan rəhbərliyi bin Laden haqda nə bilirdi?
Pakistan rəhbərliyi bin Laden haqda nə bilirdi?

New York Post qəzetinin yazarı Əmir Taheri Pakistan hökumətinin Üsama bin Ladenin azı altı il Abbottabadda yaşamasından bixəbər olduğunu inandırıcı saymır. “1971-ci ildən bəri mən Abbottabadda bir neçə dəfə olmuşam,” o, yazır. “Dağ silsiləsinin ətəyində yerləşən bu kiçik qəsəbə əsrlər boyu Xeybər Keçidinə nəzarət postu rolunu oynayıb. Britaniyalılar qonşu Pathan və Puncab vilayətlərindən orduya cəlb edilən əsgərlərə təlim keçmək üçün burada hərbi məktəb inşa etmişdi. Burada təşəkkül tapan qarnizon sonradan Pakistan silahlı qüvvələrinin onurğa sütununa çevrildi.”

Müstəqilliyin ardınca, 1962-ci ildə diktator Məhəmməd Əyyub Xan Abbotabbaddakı bütün torpaqları ordu üçün müsadirə etdi. Ərazinin gözəl iqlimi və münasib mühiti onu ordu zabitləri üçün əsas yaşayış məntəqələrindən birinə çevirdi. Əmir Taherinin yazdığına görə Pakistan silahlı qüvvələrinin hazırkı rəhbəri general Aşfaq Kayaninin də Abbottabadda villası var. Bir sözlə, Abbottabad siyasi elitanın iqamətgahıdır və burada hamı bir-birini tanıyır.

Üsama bin Ladenin villası isə hərbi akademiyanın bir neçə addımlığında yerləşir. Ola bilsin ki, Pakistan prezidenti Asif Əli Zərdari bin Ladenin burada qalmağından xəbər tutmayıb. Amma Taheri əmindir ki, Pakistan silahlı qüvvələrinin rəhbərliyində bu haqda məlumat olub. Yazar bildirir ki əgər Pakistan ordusunun ünvan kitabçası əldə edilsə yəqin ki, yaxın zamanlarda Ayman əl-Zavahiri, Taliban lideri Molla Ömər və səhra komandiri Gülbəddin Hikmətyar kimi Amerika düşmənlərinin ünvanları da müəyyən olunar.

XS
SM
MD
LG