Pakistan rəsmiləri ABŞ-ın pilotsuz təyyarəsinin Əfqanıstanla sərhəd yaxınlığında on beş şübhəli yaraqlını qətlə yetirdiyini deyib. Bugünki hücum Şimali Vəziristanda qəbilə rayonunda bir istinadgahı hədəf alıb. Pakistanda pilotsuz təyyarə hücumu ABŞ qüvvələrinin bazar ertəsi həyata keçirdikləri reyd zamanı Üsama bin Ladeni öldürdükdən sonra ilk hücum olub. Pakistanda yaraqlıların məskunlaşdıqları qəbilə rayonlarına qarşı ABŞ-ın pilotsuz təyyarə hücumları iki ölkə arasında mübahisələrə səbəb olub. ABŞ rəsmiləri hava hücumlarını təsdiq etməyib.
Pakistan rəsmiləri ABŞ-ın pilotsuz təyyarə hücumunun on beş şübhəli yaraqlını qətlə yetirdiyini deyib
Pakistanda pilotsuz təyyarə hücumu ABŞ qüvvələrinin Üsama bin Ladeni öldürdükdən sonra ilk hücum olub