Accessibility links

Pakistan rəsmisi Pəncabda Talibanın gücləndiyinə dair xəbərdarlıq edir


Pakistan rəsmisi Pəncabda Talibanın gücləndiyinə dair xəbərdarlıq edir
Pakistan rəsmisi Pəncabda Talibanın gücləndiyinə dair xəbərdarlıq edir

Nazir bu xəbərdarlığı paytaxt İslamabadda qanunvericilər qarşısında verərək deyib ki, taliban yaraqlıları tezliklə böyük terror hücumu həyata keçirəcəklər

Pakistanın daxili işlər naziri Rəhman Malik taliban yaraqlılarının Pəncab vilayətində istehkamlanmaları və hücuma hazırlaşdıqları barədə xəbərdarlıq edib. O, bu xəbərdarlığı bu gün paytaxt İslamabadda qanunvericilər qarşısında verərək deyib ki, taliban yaraqlıları tezliklə böyük terror hücumu həyata keçirəcəklər. Buna görə də o, Pəncab hökumətinə tədbirlər görmək barədə göstəriş verib. Cənab Malik ötən həftə Lahor şəhərində 90 nəfərin həlak olması ilə nəticələnən iki hücum daxil olmaqla, bir neçə həmlənin məsuliyyətini Pakistanın terrorçu qrupu olan Ləşgəri Cəngvinin üzərinə atıb. Pakistan hökuməti Lahor hücumu ilə əlaqədar azı 4 nəfəri həbs etdiyini bildirir. Məscidlər azlıqda olan Əhmədiyyə təriqətinə aiddir. Pakistan polisi isə bu hücumun məsuliyyətini tayfaların yaşadıqları Şimalı Vəziristandakı taliban yaraqlılarının üzərinə qoyur.

XS
SM
MD
LG