Accessibility links

İmran Xan partiyasının dekabrın 23-də iki vilayət məclisini buraxacağını deyir


İmran Xan.
İmran Xan.

Pakistanın sabiq baş naziri İmran Xan şənbə günü bildrib ki, onun partiyası federal hökumətə erkən ümumi seçki keçirməsi üçün təzyiq göstərmək məqsədilə gələn həftə iki vilayət məclisini planlaşdırıldığından əvvəl buraxaq.

Xan aprel ayında parlament seçkisi nəticəsində hakimiyyətdən devriləndən sonra növbədənkənar seçkilərin keçirilməsinə çağırıb ki, bu maliyyə defoltunun qarşısını almaq üçün mübarizə aparan Cənubi Asiya ölkəsində siyasi qeyri-müəyyənliyi artırıb.

Xanın partiyası ölkənin dörd vilayət məclisindən ikisinə nəzarət edir. Digər ikisinə onun siyasi rəqibləri nəzarət edir ki, onlar həmçinin Baş nazir Şehbaz Şərifin başçılıq etdiyi federal hökumətə nəzarət edirlər və 2023-cü ilin noyabrına qədər ümummilli və yerli seçkilər keçirməyəcəklərini söyləyirlər.

“Biz növbəti cümə günü [dekabrın 23-də] Pəncab və Xeyber-Paxtunxva məclislərini buraxacağıq,” Xan Lahor şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

Pakistanın Təhriki-İnsaf partiyasının nəzarət etdiyi Pəncab ölkənin ən sıx əhalisi olan əyalətidir və 220 milyonluq ölkə əhalisinin təxminən yarısını təşkil edir.

Məclislərin buraxılması ölkədə yeni konstitusiya böhranı yarada bilər.

Tarixən federal və vilayət hökumətləri uğrunda seçkilər hər beş ildən bir ümummilli seçkilərlə eyni anda keçirilib. Əgər iki vilayət məslisi erkən buraxılsa, onlar uğrunda 90 gün ərzində ayrıca seçkilər keçirilməlidir ki, bu da hüquqi problemlər yarada bilər.

Ötən ay sui-qəsd cəhdində yaralanan Xan deyib ki, o, iki vilayət hökumətini ölkəsinin gələcəyi uğrunda “qurban verir.”

O əlavə edib ki, iki vilayətdə seçkilər ölkənin 66%-nin seçkidə iştirak etməsi demək olacaq və bu səbəblə də, hökumət ümumi seçkilər də keçirə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG