Accessibility links

Pakistanın baş nazirinin həbs edilməyəcəyi deyilir


Pakistanın Korrupsiya Qarşı Mübarizə Bürosunun sədri Ali Məhkəmənin ölkənin baş naziri Raca Pərviz Əşrəfin həbsinə dair çıxarılan hökmün həyata keçirilməyəcəyi bildirib. Fasih Buxari bu gün bildirib ki, cənab Əşrəfin həbs edilməsi üçün kifayət qədər dəlil yoxdur.
Çərşənbə axşamı Pakistanın Ali Məhkəməsi özəl elektrik stansiyaları ilə bağlı qalmaqalla əlaqədar ittihamlar əsasında baş nazir Raca Pərviz Əşrəfin və digər 16 nəfərin həbs edilməsinə dair hökm çıxardı. Cənab Əşrəf ölkədə enerji çatışmazlığının hökm sürdüyü bir vaxt özəl elektrik stansiyanın inşasına görə rüşvət almaqda ittiham edilir. Baş nazir isə bu ittihamları rədd edir.
Bu arada müsəlman ruhani Tahirül Qədri İslamabaddakı parlament binasının qarşısında hökumətin istefası tələbi ilə keçirilən oturaq aksiyanın sonuncu günü olduğunu bildirib.
XS
SM
MD
LG