Accessibility links

Baş nazir: "Pakistan daşqınlardan sonra dənizə bənzəyir"


Baş nazir Şehbaz Şərif çərşənbə günü Cənubi Asiya ölkəsinin üçdə birini əhatə edən və əlavə 18 nəfər olmaqla, ölənlərin sayını 1343-ə çatdıran daşqınlardan zərər çəkmiş bəzi əraziləri ziyarət etdikdən sonra "Pakistanın bəzi bölgələri dənizə bənzəyir" deyib.

Rəsmilərin hesablamalarına görə, 220 milyonluq əhalinin 33 milyonu iqlim dəyişikliyi ilə bağlı fəlakətdən zərər çəkib. Daşqınlar yüz minlərlə insanın evsiz qalmasına və azı 10 milyard dollar itkiyə səbəb olub.

"Siz oradakı dağıntıların miqyasına inanmazsınız. Gördüyünüz kimi hər yer sudur. Dəniz kimidir" - deyə, Şərif cənubdakı Sind vilayətinə səfərindən sonra mediaya bildirib.

O, hökumətin daşqın qurbanları üçün artırdığı 313.90 milyon dollar (70 milyard Pakistan rupi) nağd pul yardımını ilə köçkün ailələri yerləşdirmək üçün 200 min çadır alınacağını deyib.

Şərif qeyd edib ki, çəkilən sular sudan qaynaqlanan yoluxucu xəstəliklər təhlükəsi yaradır.

"Bu fəlakətin öhdəsindən gəlmək üçün trilyonlarla rupiyə ehtiyacımız olacaq" - deyə, Şərif əlavə edib.

Birləşmiş Millətlər Təşkilatı daşqın qurbanlarına 160 milyon dollar yardıma çağırıb.

Təsirə məruz qalanların çoxu Pakistanın ən böyük şirin su gölünün 100 min insanı didərgin saldığı Sind vilayətindəndir.

Milli fəlakət üzrə rəsmilər son 24 saat ərzində ölənlər arasında 8 uşağın olduğunu bildirib. Daşqınlara rekord musson yağışları və Pakistanın şimal dağlarında buzlaqların əriməsi səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin (UNHCR) yüksək səviyyəli rəsmisi xəbərdarlıq edib ki, gələn ay daha çox yağış yağacağı gözlənilir və vəziyyət daha da pisləşə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı 6,4 milyondan çox insanın su basmış ərazilərdə humanitar dəstəyə ehtiyacı olduğunu bildirib.

Daşqınlar 1,6 milyon evi, 5,735 kilometr uzunluqda yolları, 750 min baş mal-qaranı yuyub aparıb, 809.370 hektardan çox əkin sahəsini bataqlığa çevirib.

Pakistana iyul və avqust aylarında 30 illik orta göstəricidən təxminən 190% çox yağış yağıb ki, bu, 391 mm təşkil edib. Sinddə isə orta göstəricidən 466% çox yağış yağıb.

XS
SM
MD
LG