Accessibility links

Pakistanda Sufi məbədinə edilən intiharçı hücumunun əsas şübhəlisi həbs edilib


Pakistan rəsmilərinin bildirdiyinə görə, İslam Dövlətinin ölkənin cənub bölgəsinin Sind əyalətindəki Sufi məbədində həyata keçirdiyi intiharçı hücumunun əsas şübhəlisi həbs edilib.

Bu ilin fevral ayında uzaq Sihvan şəhərindəki hücum zamanı 90 nəfərdən çox insan öldü, 150-dən çoxu yaralandı.

Hücumun məsuliyyətini baş qərargahı Suriyada yerləşən, bölgədə Dayeş kimi tanınan İslam Dövləti qrupu öz üzərinə götürdü.

Paytaxt Kəraçidəki Terrorla Mübarizə İdarəsinin rəsmisi müxbirlərlə görüş zamanı ələ keçirilən şübhəlinin adının Nadir Əli olduğunu bildirib və həmin şəxslə bağlı çox az məlumat verib.

İdarənin yüksək səviyyəli rəsmisi Əmir Fəruq Manqopir bölgəsində keçirilən əməliyyat zamanı şübhəlinin üzərində partlayıcı maddə və silah aşkar edildiyini deyib.

Əmir Fəruq onu da əlavə edib ki, təhlükəsizlik qüvvələrinin davamlı əməliyyatları İslam Dövlətinin ölkədəki fəaliyyətini zəiflədib. "İslam Dövləti militantları Əfqanıstana qaçır və sərhədin o tərəfinə yerləşir" deyə, rəsmi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG