Accessibility links

Pakistanda bomba hücumu ən azı 3 ordu rəsmisinin həyatına son qoyub


Pakistanın şimal-qərbində, vaxtılə militantların nəzarəti altında olmuş ərazidə, intiharçı bomba hücumu nəticəsində ən azı 3 ordu zabiti öldürülüb və daha yeddi nəfər yaralanıb.

Hücum şənbə axşamı ordu zabitlərinin idman məşğələləri keçirdiyi mənzərəli Svad Vadisi ərazisində baş verib. Rəsmi bəyanatda yalnız bu məlumat paylaşılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən bomba partlayan zaman ordu rəsmiləri voleybol matçı keçirirdilər.

Pakistanın qanundan kənar Taliban qrupunun sözçüsü hücumu görə məsuliyəti üzərinə götürərək, əlavə edib ki, hadisə nəticəsində daha çox ordu rəsmisi öldürülüb. Militant qrupların ölüm sayının şişirtməsi tez-tez təkrarlanan haldır.

Svat 2009-cu ilə qədər Pakistan Talibanının nəzarətində olan ərazi idi. Ordu həmin ərazini geri alandan sonra Pakistanın İsveçrəsi adlanan Svat, turistlərin ziyarət etdiyi məkana çevrildi.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG