Accessibility links

ABŞ Pakistanı Taliban liderlərini sığınacaqla təmin etməkdə ittiham edir


Birləşmiş Ştatların müdafiə naziri Cim Mattisin mühüm müzakirələr üçün Pakistana səfər etməsinə bir neçə gün qalmış Amerikanın Əfqanıstandakı ordu generalı Pakistanı ölkədə fəaliyyət göstərən Taliban qrupunun məhv edilməsi yolunda kifayət qədər iş görməməkdə ittiham edib.

ABŞ-ın başçılıq etdiyi Əfqanıstandakı NATO qüvvələrinin komandiri, general Con Nikolson Talibanın yüksək səviyyəli liderlərinin Pakistanda sığındığını deyib. "Prezidentimizin, yüksək səviyyəli liderlərimizin dediyi kimi, terroru dəstəkləyən əfqanlar da olmaqla, biz Pakistandan idarə edilərək hərbçilərimizə, koalisiya diplomatlarımıza qarşı hücumlar təşkil edən terrorçulara dəstəyin azaldığını görməliyik."

Vaşinqtonda müxbirlər qarşısında çıxış edən general Nikolson deyib ki, İslamabad Pakistanda sığınacaq tapan əfqan Talibanına qarşı kəskin addımlar atmalıdır.

Pakistan isə olkəsində Talibanı sığınacaqla təmin etdiyini və ölkəsinin terror və militantların qurbanı olduğu iddialarını rədd edir.

XS
SM
MD
LG