Accessibility links

Pakistanda yaraqlılarla qarşıdurma zamanı 4 əsgər həlak olub


Pakistanda yaraqlılarla qarşıdurma zamanı 4 əsgər həlak olub. Onlar arasında yüksək rütbəli həbrçi də olub.

Ordunun məlumatına görə, qarşıdurma təhlükəsizlik qüvvələrinin Şerotkayi regionunda keçirdiyi reyd zamanı baş verib. Nəticədə bölgədə gizlənmiş iki intiharçı daxil edilməklə, yaraqlılar atəşə tutulub. İntiharçılardan biri özünü partladıb, digəri isə atışma zamanı öldürülüb.

Ordunun bəyanatında zabit və əsgərlərin terrorizmlə mübarizədə həyatlarını itirdiyi bildirilib.

Pakistan Talibanının sözçüsü reyd keçirən döyüşçülərin öldürüldüyünü iddia edib.

Pakistanın təhlükəsizlik qüvvələrinə qarşı hücumların məsuliyyətini İslam Dövləti də üzərinə götürüb.

Pakistanın cənub-şərqində İslam militantları tərəfindən həyata keçirilən hücum zamanı 4 polis öldürülüb.

Baluçistan vilayəti hökümətinin sözçüsü bildirib ki, polislər vilayətin paytaxtında gündəlik patrul keçirdikləri zaman militantlar onların maşınına dəfələrlə atəş açdıqdan sonra hadisə yerindən qaçıblar.

Pakistan Talibanın bir hissəsi olan Camaatul Əhrar qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.

Bir neçə gün öncə Birləşmiş Millətlər Təşkilatı Camaatul Əhrar qruplaşmasını qlobal terror təşkilatı adlandırıb və qruplaşmanın Əfqanıstanın şərqində, Nanqahar vilayətindən idarə edildiyini bildirib.

Bu, həftə ərzində Baluçistanda polisləri hədəfə alan ikinci hücumdur.

Əfqanıstanla sərhəddə yerləşən Çaman şəhərində intiharçı hücum zamanı polis rəisi və iki polis əməkdaşı həlak olub. Həmin hücuma görə məsuliyyəti Pakistan Talibanı üzərinə götürmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG