Accessibility links

Pakistanın Tarparkar regionunda hər il yüzlərlə körpə ölür [Video]


Pakistanın Tarparkar səhralıq regionunda hər il yüzlərlə körpə ölür
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Bu ilin əvvəlindən Pakistanın Tarparkar səhralıq regionunda 200-dən çox körpə ölüb. Ölümlərə səbəb quraqlıq və ərzaq çatışmazlığı olub.

Cəmi 800 qram çəkisi olan bu körpə həyat uğrunda mübarizə aparır. Həkimlər 500 qram çəkisi olan körplərə də yardım etməyə çalışdıqlarını deyirlər.

Pakistanın Tarparkar mahalı Mithi şəhərindəki xəstəxananın bir hissəsi pediatrik şəbəsidir. Bura uzaq kəndlərdən gələn valideynlərin son ümid yeridir. Burada körplərin az çəkidə doğulmasına səbəblər hələ hamiləlikdən əvvəl başlayır. Belə problemli bölgələrin siyahısı uzundur.

Son bir neçə ildir davam edən quraqlıq həm kənd təsərrüfatına, həm də insan həyatına güclü təsir edib. Vəziyyəti yoxsulluq daha da ağırlaşdırır. Hamı kimi hamilə qadınlar da kifayət qədər qidalana bilmir. “Yağış yağanda bizim tərəvəzimiz olur və biz tərəvəzi qurudub, qışa saxlayırıq, Yağış yağmayanda isə biz quru bibəri əzib, çörəklə yeyirik” deyə, bir qadın bildirir.

Normal qidalanmayan analar və körpələr üçün xəastəxana tapmaq da asan deyil. Əsas xəstəxananın bir neçə bölməsi onlara yardım etməkdən imtina edir. Uzağa getmək isə baha başa gəlir. Beləliklə, demək olar ki, qadınların çoxu hamiləlik dövründə həkimə müraciət edə bilmir və onlar körpələrini ev şəraitində dünyaya gətirir.

Bu eləcə də, hamiləliyə nəzarətin olmaması deməkdir. Ardıcıl doğuşlar və erkən evliliklər qadın orqanızmini zəiflədir. Hökumət bütün bu baş verənlərə yardım etdiyini desə də. hələ ki, körpələr arasında ölüm hallarının qarşısını ala bilmir.

XS
SM
MD
LG